az en
News / “Məktəbli Qızlar” turnirinin qrup mərhələsi başa çatdı (fotolar)

“Məktəbli Qızlar” turnirinin qrup mərhələsi başa çatdı (fotolar)

Məktəbli Kuboku Dərc olundu: 15.02.2026 Çap
AFFA-nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və UEFA-nın dəstəyi ilə “Məktəbli Qızlar” turnirinin Bakı şəhəri Nəsimi və Səbail rayonlarının məktəbləri arasında qrup mərhələsinin son oyunları keçirilib.
“Məktəbli Qızlar” turnirinin qrup mərhələsi başa çatdı (fotolar)
Qrupda 8, 6, 189-190, 7 və 132-134 nömrəli məktəblər iştirak ediblər. 8 və 6 nömrəli məktəblər növbəti mərhələyə vəsiqə qazanaraq, Bakı birinciliyində iştirak hüququ əldə ediblər.
189-190 nömrəli məktəb mərkəz olaraq seçildiyi üçün qrup oyunları həmin təhsil müəssisəsində təşkil olunub. İlkin seçmə mərhələ matçları başa çatdıqdan sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, departamentin əməkdaşları və qadınlardan ibarət U-19 millimizin futbolçuları turnirdə iştirak edən oyunçu və məşqçilərə uğurlar arzulayıb, onlara hədiyyələr təqdim ediblər.
 
Baş Sponsor