AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsi davam edir.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və layihənin koordinatoru Ziya Səfərov bu gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 317 nömrəli tam orta məktəbdə olublar. AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.
Qeyd edək ki, layihə ölkəmizdə 50-dən cox məktəbdə həyata keçirilir.