19 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Qarabağ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 66-cı dəqiqəsində “Zirə” klubunun 16 №-li futbolçusu Akeem Latifu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
17 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
18 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
17 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XX turunun “Zaqatala” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
22 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXI turunun “Energetik” – “Şahdağ” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 90+1-ci dəqiqəsində “Şahdağ” klubunun 3 №-li futbolçusu Elnur Şiriyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 38.1). Oyunun 90+2-ci dəqiqəsində “Energetik” klubunun 19 №-li futbolçusu Əsgər Nəbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
22 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXI turunun MOİK – “Şəmkir” matçının 40-cı dəqiqəsində MOİK klubunun 7 №-li futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 60-cı dəqiqəsində MOİK klubunun baş məşqçisi Ramil Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.4).