az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 21.10.2022 Çap
12.10.2022-ci il tarixində AFFA Gənclər Liqasının “Sabah” FK – “Qarabağ” FK oyununda “Qarabağ” klubunun 18 nömrəli futbolçusu Eşqin Əhmədovun oyunun 90+5-ci dəqiqəsində qeyri idman hərəkəti etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
İntizam Komitəsinin qərarları
12.10.2022-ci il tarixində AFFA Gənclər Liqasının “Səbail” FK – “Sumqayı”t FK oyununda “Sumqayıt” klubunun 1 nömrəli futbolçusu Kamil Nəzərlinin oyunun 89-cu dəqiqəsində rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
08.10.2022-ci il tarixində AFFA U-11 Liqasının III turunun “Dortmund Bakı” FK – “Ramana” İM oyununda “Ramana” klubunun tam heyəti və rəsmi şəxslərdən heç biri oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə “Ramana” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilir. (maddə 55.1).
 
15.10.2022-ci il tarixində AFFA U-15 Liqasının VIII turunun “Neftçi” İK İB – “Cənub Elit” oyununda “Neftçi” klubunun 22 nömrəli futbolçusu Məhəmməd Mazanovunun 61-ci dəqiqəsində ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
15.10.2022-ci il tarixində AFFA U-15 Liqasının VIII turunun “Neftçi” İK İB – “Cənub Elit” oyununda “Cənub Elit” klubunun  baş məşqçisi Rövşən Süleymanov 35-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.3).
 
15.10.2022-ci il tarixində AFFA U-17 Liqasının XI turunun “Neftçi” PFK – “Qarabağ” FK oyununda “Neftçi” klubunun  10 nömrəli futbolçusu Rəvan Səfərlinin  oyunun 90+3-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.2).
 
15.10.2022-ci il tarixində AFFA U-17 Liqasının XI turunun “Şamaxı” FK – “Zirə” PFK oyununda “Zirə” klubunun 7 nömrəli futbolçusu Nurhan Abdıyevin oyunun 81-ci dəqiqəsində qeyri idman hərəkəti etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
15.10.2022-ci il tarixində AFFA U-13 Liqasının IV turunun “Vətən RİOEUGFM” – “Xocalı” FK oyununda “Xocalı” FK-nın baş məşqçinın köməkçisi Hacı Qasımov baş hakimə və hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.4).
 
15.10.2022-ci il tarixində AFFA U-17 Liqasının X turunun “Xan-Lənkəran” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 11 nömrəli futbolçusu Hüseyn Bayramov rəqibə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 41.3).
 
15.10.2022-ci il tarixində AFFA U-17 Liqasının X turunun “Xan-Lənkəran” – “Kəpəz” oyununda “Xan-Lənkəran” klubunun 1 nömrəli futbolçusu Əli İbrahimov rəqibə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 41.3).
 
16.10.2022-ci il tarixində AFFA U-15 Liqasının VII turunun “Neftçi” PFK – “Azad” FK oyununda “Azad” klubunun 88 nömrəli futbolçusu Fərəc Fərəcovunun oyunun 27-ci dəqiqəsində düşüncəsiz hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
16.10.2022-ci il tarixində AFFA U-14 Liqasının “Qala” (Bərdə) – “Uğur FK Mingəçevir” oyununda “Qala” (Bərdə) klubunun 11 nömrəli futbolçusu Rəvan Quliyevin oyunun 61-ci dəqiqəsində düşüncəsiz hərəkəti etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
16.10.2022-ci il tarixində AFFA U-14 Liqasının “Sabah” FK – EFA oyununda “Sabah” klubunun 16 nömrəli futbolçusu Murad Həmidovun oyunun 73-cü dəqiqəsində ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
09.10.2022-ci il tarixində AFFA U-11 Liqasının “RAMAL TERTER U-11” – “UGUR MİNGECEVİR U-11” oyununda “RAMAL TERTER U-11” klubu oyuna vaxtında gəlmədiyi üçün oyunun baş tutmamasına görə “RAMAL TERTER U-11” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilir. (maddə 55.1).
 
14.10.2022-ci il tarixində AFFA U-16 Liqasının VII turunun “Neftçi” İK İB – “Zirə” oyununda “Neftçi” İK İB-nin 13 nömrəli futbolçusu Sərkər Zamanovun oyunun 90-cı dəqiqəsində qeyri idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
15.10.2022-ci il tarixində AFFA U-13 Liqasının IV turunun “Sahil” FA – “Ramana” İM oyununda “Ramana” klubunun baş məşqçisi İsmayıl Hüseynzadə 28-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.3).
 
15.10.2022-ci il tarixində AFFA U-13 Liqasının IV turunun “Sahil” FA – “Ramana” İM oyununda “Ramana” klubunun baş məşqçisi İsmayıl Hüseynzadə 28-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasından sonra texniki zonası tərk etməməsi üçün 1 oyun cəzalanır (maddə 61.8).
 
16.10.2022-ci il tarixində AFFA U-14 Liqasının IV turunun “Zirə” FK – “Leon Baku” FK oyununda “Zirə” klubunun 17 nömrəli futbolçusu Hüseyn Bayramovun oyunun 71-ci dəqiqəsində qeyri idman hərəkəti etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
 
Baş Sponsor