az en
News / Qadınlar Super Liqasının 2 oyunu "DAZN" yayım platformasında

Qadınlar Super Liqasının 2 oyunu "DAZN" yayım platformasında

AFFA Qadınlar Super Liqası Dərc olundu: 15.10.2026 Çap
AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə keçirilən Qadınlar Super Liqasının iki oyunu FIFA+ TV tərəfindən "DAZN" yayım platformasında canlı yayımlanacaq.
Qadınlar Super Liqasının 2 oyunu "DAZN" yayım platformasında
I tur çərçivəsində oktyabrın 17-də keçiriləcək “Liman” – “Sabah” (10:00) və “İmişli” – “Neftçi” (16:00) görüşləri platformada canlı təqdim olunacaq.
Matçları aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

“İmişli – Neftçi”

“Liman” – “Sabah”

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində – 2028-ci il sentyabrın 1-dək AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlardan seçilmiş matçları və video məzmunu əhatə edir. Proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və UEFA Millətlər Liqasının seçmə görüşləri, aşağı yaş qrupları üzrə liqalar, Qadınlar Super Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video materiallar daxildir.
Baş Sponsor