Komanda sonuncu ev matçında Almaniyanın “Ayntraxt” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Kamilo Duran 4 və 80-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb, qələbə qolunu isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub.
Bu qələbədən sonra “Qarabağ” Liqa mərhələsində xallarının sayını 10-a yüksəldib.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində son qarşılaşmasını yanvarın 28-də İngiltərədə “Liverpul”a qarşı keçirəcək.