Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” klubu üzərində 3:2 hesablı qələbə qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımı təqdim edirik:
“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”