az en
News / Futzal üzrə seleksiya məşqləri keçiriləcək

Futzal üzrə seleksiya məşqləri keçiriləcək

Futzal Dərc olundu: 19.09.2026 Çap
AFFA-nın Futzal və Çimərlik futbolu departamenti tərəfindən gənc futzal istedadlarının müəyyənləşdirilməsi məqsədilə seleksiya xarakterli məşqlər təşkil olunacaq.
Futzal üzrə seleksiya məşqləri keçiriləcək
2008–2010-cu il təvəllüdlü futzala maraq göstərən gənclər sentyabrın 24-ü, 25-i və 26-sı saat 14:00-dan 16:00-dək “Olimpik Star” İdman Kompleksində keçiriləcək seleksiya məşqlərində iştirak edə bilərlər.
Seleksiya məşqləri gənclərin bacarıqlarını nümayiş etdirməsi və məşqçilər heyətinin diqqətini cəlb etməsi üçün imkan yaradacaq.
Məşqlərdə iştirak etmək istəyənlərdən qeyd olunan tarix və saatlarda “Olimpik Star” İdman Kompleksində olmaları xahiş olunur.
 
Əlavə məlumat üçün:
 
Elektron ünvan: [email protected]
Telefon: 050 225 55 33
 
Elektron ünvan: [email protected]
Telefon: 050 223 43 03
Baş Sponsor