Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan kubokunun 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Sayca 30-cü dəfə təşkil olunacaq kubok yarışında 6-sı Yüksək, 10-u Birinci Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq. Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaqlar.
Fevralın 14-15-də başlayacaq Azərbaycan kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında müəyyənləşəcək.
1/8 final mərhələsində qarşılaşacaq cütlükləri diqqətinizə çatdırırıq:
1. U-19 – “Yeni Suraxanı”
2. “Lənkəran” - “Atletiko Baku”
3. “STAR kargo” - “Şuşa”
4. “Xan-Lənkəran” - "Dəstə Ordubad”
5. “Baku Fire” - “Araz-Naxçıvan”
6. “Neftçi” İK - “Trabzon Azərbaycan”
7. “Ulduz” - “Baku Fire-2”
8. “Timsport” - PFL
1/4 final
9. 1-ci cütün qalibi – 8-ci cütün qalibi
10. 2-ci cütün qalibi – 7-ci cütün qalibi
11. 3-cü cütün qalibi – 6-cı cütün qalibi
12. 4-cü cütün qalibi – 5-ci cütün qalibi
Yarımfinal
9-cu cütün qalibi - 12-ci cütün qalibi
10-cu cütün qalibi - 11-ci cütün qalibi