“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyanın “Atletik” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. UEFA oktyabrın 22-də Bilbaoda təşkil olunacaq görüşü Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib:
22 oktyabr
“Atletik” (İspaniya) - “Qarabağ” (Azərbaycan)
“San Mames” stadionu. Saat 20:45
Baş hakim: İqor Payaç
Baş hakimin köməkçiləri: Boyan Zobeniça, İvan Mixali
Dördüncü hakim: Zdenko Lovriç
VAR: İvan Bebek
(Hamısı Xorvatiya)
AVAR: Fedayi San (İsveçrə)