az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 09.01.2026 Çap
“Ağsu Siti” Futbol Klubunun (Region Liqası) Ağsu Siti – Ağcabədi FK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
 
1. “Ağsu Siti” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Ağsu Siti” Futbol Klubunun  təqsiri olmadığı müəyyən edilsin və 26 oktyabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan Ağsu Siti – Ağcabədi FK oyunu Ağsu Siti komandası təhlükəsizliyi (polis) təmin etmədiyinə görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 30 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən Ağsu Siti – Ağcabədi FK arasında olan oyun yenidən keçirilsin. 
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Apellyasiya Arbitraj Tribunalının qərarları
“Hacıqabul” Futbol Klubunun (Region Liqası) Hacıqabul FK – Ucar FK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
1. “Hacıqabul” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Hacıqabul” Futbol Klubunun  təqsiri olmadığı müəyyən edilsin və 21 dekabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan Hacıqabul FK – Ucar FK oyunu Hacıqabul FK komandası həkimlə təyin etmədiyinə görə baş tutmadığı üçün Hacıqabul FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 26 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən Hacıqabul FK – Ucar FK arasında olan oyun yenidən keçirilsin.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
“Lokomotiv Baku” Futbol Klubunun (Region Liqası) Lokomotiv Baku – Crystal FK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
1. “Lokomotiv Baku” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Lokomotiv Baku” Futbol Klubunun  təqsiri olmadığı müəyyən edilsin və 6 dekabr 2025-ci il AFFA-nın Region Liqasında keçirilməli olan Lokomotiv Baku – Crystal FK oyunu ev sahibi komandası tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyinə görə baş tutmadığı üçün Lokomotiv Baku komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 10 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən “Lokomotiv Baku” FK – “Crystal” FK arasında olan oyun yenidən keçirilsin.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
 
Baş Sponsor