az en
News / Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalının qərarları

Apellyasiya Arbitraj Tribunalı Dərc olundu: 04.05.2026 Çap
"Çinar" (Gəncə) klubunun (U-13 Liqası) "Çinar" (Gəncə) – "Yasamal" FM (Şəmkir) və "Çinar" (Gəncə) – "Qoşqar" (Gəncə) oyunları ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
Apellyasiya Arbitraj Tribunalının qərarları
"Çinar" (Gəncə) klubu AFFA U-13 Liqasının Əsasnaməsinin 5.2-ci maddəsinin tələblərini pozaraq transfer pəncərəsinin qeyri-aktiv dövründə klubun qeydiyyatından keçirilmiş 4 oyunçusunun 7 mart tarixli "Yasamal" FM (Şəmkir) və 14 mart tarixli "Qoşqar" (Gəncə) komandalarına qarşı oyunlarda iştirak etdiyi üçün müvafiq oyunların nəticələri ləğv edilərək "Çinar" (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 18 mart 2026-cı il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınsın.
 
“Neftçi” Peşəkar Futbol Klubunun (Misli Premyer Liqası) “Neftçi” – “Turan Tovuz” oyunu ilə bağlı AFFA İntizam Məcəlləsinin 52.6-cı maddəsinə əsasən verilən qərardan şikayətə baxılmasına dair:
9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandasının 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınsın.
 
"İnter" UFK-nın (U-14 Liqası) "İnter" UFK - "Qaradağ Lökbatan" oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
1. "İnter" UFK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 27 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməli olan "İnter" UFK - "Qaradağ Lökbatan" oyunu "İnter" UFK komandası tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmadığı üçün "İnter" UFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 1 aprel 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
“Neftçi” Peşəkar Futbol Klubunun (Misli Premyer Liqası) “Neftçi” – “Turan Tovuz” oyunu ilə bağlı AFFA İntizam Məcəlləsinin 52.5-ci maddəsinə əsasən verilən qərardan şikayətə baxılmasına dair:
1. “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandasının 8000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Baş Sponsor