az en
News / “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşib

“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşib

Çempionlar Liqası Dərc olundu: 19.06.2024 Çap
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.
Azərbaycan çempionu “Qarabağ”ın bu mərhələdə mümkün rəqibləri müəyyənləşib. Ağdam komandası “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları 23-24, cavab görüşləri isə 30-31 iyul tarixlərində keçiriləcək. Təmsilçimiz ilk matçına səfərdə çıxacaq.
“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşib
Baş Sponsor