az en
News / Qızlar liqalarının qalibləri mükafatlandırılıb (fotoreportaj)

Qızlar liqalarının qalibləri mükafatlandırılıb (fotoreportaj)

Liqalar Dərc olundu: 19.06.2014 Çap
Binə stadionunda AFFA-nın təşkil etdiyi qızlar liqalarının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
U-13 qızlar Liqasında 1-ci yeri "İmişli", ikinci pilləni "Səbail", III yeri isə "Zaqatala" komandası tutub. Liqanın bombardiri rəqib qapılarından 40 qol keçirmiş "Zaqatala" komandasının üzvü İlahə Nuriyeva olub. "Səbail" komandasının futbolçusu Ayşən Əhmədova liqanın ən yaxşı oyunçusu seçilib.
U-16 UNICEF qızlar Liqasının qalibi adını "Səbail" FK qazanıb. II yeri "Zaqatala", III pilləni isə UGİM (Qax) komandası tutub. Liqanın bombardiri rəqib qapılarından 48 qol keçirmiş "Zaqatala" komandasının üzvü Manə Mollayeva olub. Roza Quliyeva ("Səbail") liqanın ən yaxşı oyunçusu seçilib.
U-19 Liqasında birinci yeri "Səbail" komandası tutub. "Zaqatala" mövsümü ikinci, "Fidan" isə üçüncü pillədə başa vurub. "Fidan" komandasının üzvü Nigar Cəlilli 45 qolla liqanın bombardiri olub. U-19 Liqasının ən yaxşı oyunçusu "Fidan" komandasından Günay İsmayılova seçilib.
 
 
Baş Sponsor 
Partnyorlar