UEFA Gənclər Liqasının 2024/2025-ci illər mövsümünün ilk üç mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə, mübarizəyə II mərhələdən başlayacaq Azərbaycan təmsilçisi “Sabah” İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq. AFFA Gənclər Liqasının qalibi ilk oyununu oktyabrın 23-də səfərdə, cavab görüşünü isə noyabrın 6-da evdə keçirəcək.
Bu cütün qalibi III mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün güclüsü ilə üz-üzə gələcək. “Sabah” – “Bazel” cütünün qalibi ilk matçını evdə keçirəcək.