az en
News / Sumqayıt məktəblərində imza günü keçirilib (fotolar)

Sumqayıt məktəblərində imza günü keçirilib (fotolar)

A milli (Qadınlar) Dərc olundu: 03.06.2026 Çap
Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçuları Günay İsmayılova, Aytac Şərifova, Kamilla Məmmədova, Esra Manya, Peritan Bozdağ və Vüsalə Seyfəddinovanın iştirakı ilə Sumqayıt şəhər 10 və 18 nömrəli tam orta məktəblərdə imza günü təşkil olunub.
Sumqayıt məktəblərində imza günü keçirilib (fotolar)
Məqsəd milli komandamızın dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına qarşı keçirəcəyi oyunun təbliğatını aparmaq, həmçinin şagirdlərə milli komanda haqqında ətraflı məlumat vermək olub.
Görüş zamanı futbolçular şagirdlərlə ünsiyyətdə olub, xatirə şəkilləri çəkdirib və imza paylayıblar. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və məktəblilər milli üzvlərinə qarşıdakı oyunda uğurlar arzulayıblar.
Tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, Sumqayıt şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Oqtay Nuriyev, 10 nömrəli tam orta məktəbin direktoru Səmra Quluzadə və 18 nömrəli tam orta məktəbin direktoru Nərminə Ömərova iştirak ediblər.
Qeyd edək ki, iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Macarıstan oyunu saat 18:00-da başlanacaq.
 
Baş Sponsor