az en
News / Sumqayıtda minifutbol turniri keçirilib (fotolar)

Sumqayıtda minifutbol turniri keçirilib (fotolar)

AFFA, Kütləvilik Dərc olundu: 17.12.2024 Çap
AFFA-nın dəstəyi və Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıtda yerləşən General Məhəmməd Əsədov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada minifutbol turniri keçirilib.
Sumqayıtda minifutbol turniri keçirilib (fotolar)
Festival xarakterli təşkil edilən minifutbol turnirinə 40-dan çox şagird cəlb olunub. Onlar futbol oynayıb, maraqlı vaxt keçiriblər. Tədbirin sonunda iştirakçılara AFFA tərəfindən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov və digər rəsmi şəxslər təqdim ediblər.
 
Baş Sponsor