az en
News / Təmsilçilərimizin rəqibləri bəlli olub

Təmsilçilərimizin rəqibləri bəlli olub

Konfrans Liqası Dərc olundu: 19.06.2024 Çap
2024/2025-ci illər mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klubların rəqibləri müəyyənləşib.
Təmsilçilərimizin rəqibləri bəlli olub
Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq “Sumqayıt” “Fehervar”la (Macarıstan), “Sabah” “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq. “Sumqayıt” ilk oyununu doğma meydanda, “Sabah” isə səfərdə keçirəcək.
Bundan başqa, Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Zirə”nin də Konfrans Liqasındakı potensial rəqibi bəlli olub. Təmsilçimizin Moldovanın “Şerif” klubu ilə cütünün məğlubu Konfrans Liqasının ikinci raundunda “Dunayska Ştreda”ya (Slovakiya) rəqib olacaq. “Şerif” - “Zirə” cütündə Konfrans Liqasına düşəcək komanda ilk oyununu öz meydanında keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
Baş Sponsor 
Partnyorlar