az en
News / U-15 UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib

U-15 UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib

U-15 Dərc olundu: 20.11.2025 Çap
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində bu gün ikinci oyuna çıxıb.
U-15 UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Millimiz Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 41-ci dəqiqədə Sübhan Əlizadə vurub.
Qeyd edək ki, U-15 turnirdə son oyununu noyabrın 23-də Moldova seçməsinə qarşı keçirəcək.
Baş Sponsor