17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ilk oyuna çıxıb.
Millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 turnir çərçivəsində növbəti oyununu aprelin 27-də Qazaxıstan yığmasına qarşı keçirəcək.