az en
News / U-17 (Qadınlar) seçmə mərhələdə ikinci oyununu keçirib

U-17 (Qadınlar) seçmə mərhələdə ikinci oyununu keçirib

U-17 (qızlar) Dərc olundu: 27.10.2025 Çap
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
U-17 (Qadınlar) seçmə mərhələdə ikinci oyununu keçirib
B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 millimiz qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.
Baş Sponsor