17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb. 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Park de Sport” stadionunda keçirilən görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 45+1-ci dəqiqədə Samir Şərifov vurub.
Qeyd edək ki, U-17 qrupda son oyununu oktyabrın 14-də Rumıniya seçməsinə qarşı keçirəcək.