az en
News / U-19 (Qadınlar) İsveçrə, Estoniya və Kipr yığmaları ilə qarşılaşacaq

U-19 (Qadınlar) İsveçrə, Estoniya və Kipr yığmaları ilə qarşılaşacaq

U-19 (qızlar) Dərc olundu: 07.06.2024 Çap
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün I mərhələsindəki rəqibləri bəlli olub. Bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.
İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.
U-19 (Qadınlar) İsveçrə, Estoniya və Kipr yığmaları ilə qarşılaşacaq
Baş Sponsor