19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün sonuncu oyununu keçirib.
Millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Tiraspolun “Şerif” stadionunda tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.
Beləliklə, millimiz 4 xalla 2-ci yeri tutub. Turnirin qalibi 9 xal toplayan Türkiyə yığması olub.
Qeyd edək ki, U-19 turnirin ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə 0:5 hesabı ilə məğlub olub.