az en
News / UEFA C kursu ilə bağlı məlumat

UEFA C kursu ilə bağlı məlumat

Məşqçi kursları Dərc olundu: 23.04.2026 Çap
UEFA C kursu ilə bağlı məlumat
 
Ümumi məlumat
UEFA C məşqçilik kursu UEFA məşqçi inkişaf yolunun başlanğıc səviyyəsidir və kütləvi, eləcə də uşaq-gənclər futbolunda fəaliyyət göstərən məşqçilərin inkişafını dəstəkləmək məqsədilə keçirilir.
Kurs AFFA tərəfindən UEFA-nın Məşqçilik Konvensiyasına uyğun olaraq praktiki yanaşma əsasında təşkil olunur və iştirakçıların real məşq mühitində işləmək bacarıqlarını inkişaf etdirir.
 
Kursun məzmunu
Kurs aşağıdakı istiqamətləri əhatə edir:
  • Oyunçu inkişafı və yaşa uyğun məşq yanaşmaları;
  • Məşq prosesinin planlaşdırılması və idarə olunması;
  • Oyun qaydaları; 
  • Məşq metodikası və ünsiyyət bacarıqları;
  • Oyun əsaslı öyrənmə və qərarvermə; 
  • Oyunçu rifahı, təhlükəsizlik və uşaqların müdafiəsi; 
  • Özünüqiymətləndirmə və davamlı inkişaf.
 
Kursun müddəti: 2.5 ay (ümumi 94 saat (62% nəzəri/38% praktiki)) 
Kursun keçirilmə formatı: nəzəri hissə AFFA-da, praktiki hissə isə meydanda və iştirakçıların fəaliyyət göstərdiyi mühitdə keçirilir.
 
Kimlər üçün nəzərdə tutulub?
  • Kütləvi və həvəskar futbolda çalışan məşqçilər;
  • Futbol akademiyalarında işləyən məşqçilər;
  • Məşqçilik fəaliyyətinə yeni başlayan şəxslər;
  • Futbolçu karyerasını başa vuraraq məşqçiliyə maraq göstərən şəxslər;
  • UEFA məşqçilik pillələri üzrə inkişaf etmək istəyən şəxslər.
 
Seçim meyarları
  • Namizədlər aşağıdakı meyarlar əsasında qiymətləndirilir;
  • Futbol sahəsində aktiv fəaliyyət (məşqçi, müəllim və ya könüllü kimi);
  • Motivasiya və inkişaf istəyi;
  • Futbol üzrə ilkin biliklər;
  • Kursun bütün mərhələlərində iştirak imkanı;
  • Komanda və ya məşq mühitinə çıxışın olması üstünlükdür;
  • AFFA D sertifikatı və ya ona bərabər giriş səviyyəli məşqçilik kvalifikasiyasının olması üstünlükdür.
     
Əlavə məlumat
  • Kurs üzrə bir qrup üçün maksimum 20 nəfər seçilir;
  • UEFA C lisenziyası məşqçi inkişaf yolunun növbəti pillələrinə keçid üçün əsasdır (UEFA B, UEFA B Qapıçı və UEFA B Fitness kursları);
  • Lisenziya kurs müddətində iştirakçıların nəzəri bilikləri, məşq prosesində iştirakı, praktiki sesiyalardakı performansı və yekun imtahanlar əsasında verilir.
  • Təlim ödənişlidir. Təlim haqqı: 500 AZN 
     
Qəbul prosesi və qeydiyyat
  • Seçim prosesi elektron ərizə forması vasitəsilə həyata keçirilir. Ərizələrin ilkin qiymətləndirilməsi əsasında seçilmiş namizədlər test və müsahibə mərhələlərinə dəvət olunurlar.
  • Bütün seçim mərhələlərini uğurla tamamlayan şəxslər kursda iştirak üçün tələb olunan sənədləri təqdim etdikdən və müvafiq tələbləri yerinə yetirdikdən sonra qəbul edilirlər.
Qeydiyyat yalnız elektron formada aparılır. Qeydiyyat linki: https://forms.microsoft.com/r/qxAiNgehks
 
Növbəti kursun başlanğıc tarixi: 19 may 2026 
 
Təlimin keçiriləcəyi yer: Bakı şəhəri
 
Son müraciət tarixi: 4 may 2026
Baş Sponsor