az en
News / U-17 Qazaxıstan yığmasına qalib gəldi

U-17 Qazaxıstan yığmasına qalib gəldi

U-17 Dərc olundu: 27.04.2026 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.
U-17 Qazaxıstan yığmasına qalib gəldi
Millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.
Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.
Baş Sponsor