az en
News / UEFA-dan Kamal Umudluya növbəti təyinat

UEFA-dan Kamal Umudluya növbəti təyinat

Hakimlər Dərc olundu: 24.09.2024 Çap
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
UEFA-dan Kamal Umudluya növbəti təyinat
K.Umudlu UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Mark Filipp Ekermann yerinə yetirəcək.
Oktyabrın 1-də Ştutqart şəhərində yerləşən “Valdau” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Baş Sponsor