Avqustun 16-da həvəskar arasında XXVII Ölkə Kubokunun final oyunu keçirilib. Həlledici qarşılaşmada "Ağsu City" və Goranboyun “Qızılhacılı” komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesabı ilə qalib gələn "Ağsu City" XXVII Ölkə Kubokunun sahibi olub.