az en
News / Zaur Hacı-Məhərrəmov beynəlxalq təyinat alıb

Zaur Hacı-Məhərrəmov beynəlxalq təyinat alıb

UEFA Dərc olundu: 05.08.2024 Çap
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 15-də keçiriləcək “İstanbul Başakşehir” (Türkiyə) - “İberia 1999” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq. İstanbul şəhərində yerləşən “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək cavab matçını polşalı baş hakim Pavel Raczkovski idarə edəcək.
Zaur Hacı-Məhərrəmov beynəlxalq təyinat alıb
Baş Sponsor