Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində noyabrın 26-da keçiriləcək “İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Milan şəhərində yerləşən “San Siro” stadionunda keçiriləcək.