Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində noyabrın 26-da keçiriləcək “Ayntraxt” (Almaniya) - “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Frankfurtdakı eyniadlı stadionda baş tutacaq.