az en
News / "Zəfər yolu" sosial layihəsi keçirilib

"Zəfər yolu" sosial layihəsi keçirilib

AFFA Dərc olundu: 16.08.2025 Çap
Qadınlardan ibarət Azərbaycan milli komandası işğaldan azad olunmuş torpaqlara “Zəfər yolu” sosial layihəsi çərçivəsində bu gün Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.
"Zəfər yolu" sosial layihəsi keçirilib
Səfər zamanı Füzuli şəhər sakinləri ilə görüşüb, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olublar. Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib. Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzünü də ziyarət edib. Səfərin əsas məqsədi, qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir. Qarabağ torpaqları bizim üçün təkcə idman baxımından deyil, həm də milli-mənəvi dəyərlərimiz baxımından vacibdir. 
Baş Sponsor