az en
News / Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb

Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb

Konfrans Liqası Dərc olundu: 29.07.2024 Çap
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Baş Sponsor