az en
Əsasnamə Təqvim Cədvəl Play OFF Final mərhələsi
2022/2023-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) oğlan futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
                                                            Əsasnaməsi
 
                                                          1.Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
                                                        2.Məqsəd və vəzifələr
2.1 AFFA U-13 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi;
• Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi;
• Uşaq və yeniyetmə futbolçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
• Komandaların mövsümün yekununda tutduğu yerin müəyyən edilməsi;
 
                                               3.İştirakçıların müəyyən olunması
3.1 AFFA U-13 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.   
3.2 Premyer Liqada iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının AFFA U-13 Liqasının cari mövsümündə iştirakı mütləqdir.                         
3.3 AFFA U-13 Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
 
                                             4.İştirakçı komandanın öhdəlikləri
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər, valideynlər və b.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 AFFA U-13 Liqasında iştirak edən klublar və ya komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə AFFA U-13 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
4.5 İştirakçı klub və komandalar futbolçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.
4.6 Pandemiya dövründa oyun başlamadan öncə meydanda hər bir oyun iştirakçılarının hərarəti komanda həkimi tərəfindən ölçülməlidir.Komandanın həkimi olmadığı təqdirdə TTY briqadasının həkiminə və ya AFFA nümyəndəsinə  müraciət edilməlidir. COVID-19-un simptomları aşkarlananlar barədə  dərhal həkimə məlumat verilməlidir.
 
                                          5.Transfer, icarə və sifariş məsələləri
5.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 05.01.2023-cü il tarixdən – 31.01.2023-cü il tarixədək və ikinci seçmə mərhələdən 1 həftə əvvəl ikinci seçmə mərhələni ilk oyun başlanılan tarixə  qədər transfer pəncərəsi açıq elan edilir (Liqada çıxış edən bütün komandalar üçün  transfer müddəti eynidir).
5.3 Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.4 Yalnız transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir.
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
                                             6.Oyun forması ilə bağlı qaydalar:
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq qoruyucular (şitki) olmalıdır.
Qeyd: Futbolçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
 
                                7.Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
7.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) ”Futbola Qoşul” onlayn qeydiyyat sistemində futbolçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
7.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir.
 
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
 
7.3 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Futbolçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
                                                   8.Yarışın keçirilmə sistemi
8.1 Yarışlar iki (2) seçmə mərhələ və final mərhələsindən ibarətdir.
 
I seçmə mərhələ
8.2 Birinci seçmə mərhələ regionlardakı komandaların sayından asılı olaraq 2 (iki), 3 (üç), 4 (dörd) və 5 (beş) dövrədən ibarətdir.
8.3 Komandaların I dövrədə topladığı xallar növbəti dövrədə qüvvədə qalır.
8.4 AFFA U-13 Liqasında hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilir:
 
 
 
Regional
Fubol
Federasiyası
(RFF)
 
 
 
Keçirilmə
yeri
 
I seçmə mərhələ
 
 
 
Birbaşa final
mərhələsinə
Çıxan komandalar
 
II seçmə mərhələyə
çıxan komandaların sayı
 
Final mərhələsinə çıxan komandaların sayı
1-ci dövrədəki iştirakçıların sayı
2-ci dövrədəki iştirakçıların sayı
3-cü dövrədəki iştirakçıların sayı
4-cü dövrədəki iştirakçıların sayı
5-ci dövrədəki iştirakçıların sayı
Mərkəz RFF
Beyləqan
5
5
4
4
-
-
3
2
Mərkəz RFF
Ağsu
5
5
4
4
-
-
3
Cənub RFF
Lənkəran
5
5
4
4
-
-
3
2
Cənub RFF
Cəlilabad
6
6
4
4
-
-
3
Şimal RFF
Sumqayıt
8
6
4
-
-
-
2
 
2
Şimal RFF
Abşeron
6
6
4
4
-
-
2
Şimal RFF
Siyəzən
4
4
4
4
4
-
2
Şimal-Qərb və Qarabağ RFF
 
Mingəçevir
5
 
5
 
4
 
4
-
 
-
 
3
 
 
2
Şimal-Qərb və Qarabağ RFF
 
Zaqatala
6
 
6
 
4
 
4
-
 
-
 
3
Qərb RFF
Tovuz
10
4
4
-
-
-
3
2
Gəncə RFF
Göygöl
11
4
-
-
-
-
3
Naxçıvan RFF
Naxçıvan
8
-
-
-
-
1
-
1
Bakı RFF
Bakı
15
8
-
-
-
5
-
5
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
8.5 Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
8.6 I seçmə mərhələnin qaliblərinin müəyyən olunması:
a) Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə
müəyyən olunur.
b) Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
görə isə xal verilmir.
c) Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
göstəricilərə görə müəyyən olunur:
• Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən;
• Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən;
• Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
• Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
• Komandaların qələbə sayına əsasən;
• Ən az qırmızı və sarı vərəqələrə görə toplamış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
• Bütün göstəricilər eyni olarsa, yenidən komandalar arasında bir oyun keçirilir və nəticəyə əsasən turnir cədvəlində yer müəyyən edilir.
8.7 Bölgələr üzrə final mərhələsinə aşağıda göstərilmiş qaydaya uyğun olaraq 16 komanda vəsiqə qazanır:
Birbaşa final mərhələsinə vəsiqə qazanan komandalar:
Yuxarıdakı cədvəldə birbaşa final mərhələsinə vəsiqə qazanan komandaların sayı göstərilib.
II seçmə mərhələsi vasitəsi ilə final mərhələsinə vəsiqə qazanan komandalar.
II seçmə mərhələsində ilk 2 (iki) yerin sahibləri final mərhələyə vəsiqə qazanacaqlar:
• Sumqayıt, Abşeron və Siyəzən şəhərlərində keçiriləcək seçmə mərhələni ilk 2 (iki) pillədə başa vuran komandalar 1 (bir) dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Zaqatala və Mingəçevir şəhərlərində keçiriləcək seçmə mərhələni ilk 3 (üç) pillədə başa vuran komandalar 1 (bir) dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Ağsu və Beyləqan şəhərlərində keçiriləcək seçmə mərhələni ilk 3 (üç) pillədə başa vuran komandalar 1 (bir) dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Cəlilabad və Lənkəran şəhərlərində keçiriləcək seçmə mərhələni ilk 3 (üç) pillədə başa vuran komandalar 1 (bir) dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Göygöl və Tovuz şəhərlərində keçiriləcək seçmə mərhələni ilk 3 (üç) pillədə başa vuran komandalar 1 (bir) dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
 
                                     II seçmə mərhələnin keçirilmə şərtləri
I seçmə mərhələdə toplanan xallar II seçmə mərhələdə nəzərə alınmır.
II seçmə mərhələyə yüksələn komandaların oyunları növbəli qaydada hər iki şəhərdə keçirilir.
II seçmə mərhələnin qalibləri  I seçmə mərhələnin meyarlarına görə müəyyənləşdirilir.
 
                                                          9.Final mərhələsi
9.1 Final mərhələsində 16 komanda olimpiya sistemi ilə qarşılaşır.
9.2 Final mərhələsi 1/8, 1/4, 1/2 ,III yer uğrunda və final oyunundan ibarətdir.
9.3 1/2 final mərhələsində məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır.
9.4 Final mərhələsinin 1/8 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur.
9.5 Final mərhələsində oyunlar play-off sistemi ilə keçirilir (ev-səfər). Hər iki oyunun nəticələrinə görə vurulan və buraxılan toplar əsas vaxtda eyni sayda olarsa, o zaman hər hissəsi 10 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Əgər oyunun əlavə hissələrində oyunun əsas hissəsinin nəticəsi dəyişməzsə, qalib penalti zərbələri ilə müyyənləşir (hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməzsə, penalti zərbələri qalib müəyyənləşənə qədər davam etdirilir).
9.6 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır.
9.7 Ev sahibi komanda oyunu top ilə təchiz etməlidir.
9.8 Ev sahibi komanda hakimlər və rəqib komandanı paltardəyişmə otağı ilə təmin etməlidir.
 
                                                            
                                                               10.Meydan
10.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir.
10.2 Meydanın uzunluğu (60-65 m.), eni (45-50 m.)
10.3 Meydanda iki qapı olmalıdır.
10.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 9 m.
10.5 Cərimə meydançası qapı xəttindən 13 m. məsafədə olan paralel olmalıdır
    
Meydanın sxemi:
 
 
                                                          11.Oyunun təşkili
 
11.1 AFFA U-13 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
11.2 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
11.3 Oyunun başlanmasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adları,soyadları yazmalı və oyunun baş hakiminin elektron poçt adresinə göndərilməlidir. Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər və oyundan öncə futbolçuların lisenziyaları baş hakimə təqdim etməlidir. Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
11.4 Oyun başlayan vaxta klub və ya komanda meydanda olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır.Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır.
11.5 AFFA U-13 Liqasında əvvəlcədən AFFA tərfindən müəyyənləşdirilmiş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Bakı zonasında çıxış edən komandalar və peşəkar futbol komandaları nəqliyyat xərci ilə təmin olunmur)
11.6 AFFA yalnız müstəqil futbol məktəblərinin nəqliyyat xərclərini qarşılayır.
11.7 AFFA U-13 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
11.8  Oyuna başlamazdan öncə mütləq olaraq toplar dezinfeksiya edilməlidir.
11.9 Hər bir komanda ehtiyat oyunçu oturacaqlarında sosial məsafə qaydalarına riayət etməlidir.
11.10 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır. (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
 
                                                         12.Oyun qaydaları
 
12.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
12.2 Liqada yaşı 13-dək olan futbolçular iştirak edə bilər (təvəllüdü 01.01.2010-cu ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü).
12.3 2022/2023-cü illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
12.4 Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
12.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 30 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir.
12.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur.Oyunun protokoluna 18 futbolçunun (9 əsas, 9 ehtiyat) adı və soyadı yazılır.
12.7 Yalnız komanda tərkibində qeydiyyatdan keçirilmiş lisenziyası olan nümayəndələr (baş məşqçi,köməkçi məşqçilər,həkim,komanda administratoru və b.) və 13 futbolçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
12.8 Top qapı xəttindən kənara cıxarsa top meydana ayaq ilə daxil olunmalıdır (top oyuna qapıdan əllə deyil, ayaq ilə daxil olunur) .
12.9 Top mərkəzdən başlanıldığı zaman 3 toxunuş olmadan vurulan qol hesaba alınmır.
12.10 2022/2023-cü illər mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçulardan yalnız 3-ü (üçü) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
12.11 Pandemiya dövründə heyətində COVID-19-un simptomları (yüksək hərarət və s.) aşkarlanan komandaya 12.10 maddəsi şamil edilmir.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
12.12 Liqada hər komanda üçün meydanda Azərbaycan vətəndaşı olmayan maksimum 2  oyunçunun olmasına icazə verilir (Əvəzetmə zamanı limit pozulmamalıdır).
12.13 Meydanda siqaret çəkmək qadağandır.
 
                                     13.Oyun zamanı futbolçuların əvəzlənməsi
 
13.1 Oyun ərzində hər komanda 9 əvəzetmədən istifadə edə bilər.
13.2 Meydana daxil olmağa hazırlaşan futbolçu hakimə lisenziya ilə yaxınlaşmalıdır.
13.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 9 futbolçu eyni zamanda edə bilər.
 
                                                      14.Oyunun protokolu
 
14.1  Komandalar oyundan ən azı 75 dəqiqə öncə protokolu oyunun baş hakiminin elektron poçt adresinə göndərməlidir.
14.2 Protokolda  futbolçunun  adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır.
14.3 İlk 9-luq kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 9 futbolçu ehtiyat oyunçular skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrə uyğun gəlməlidir.
14.4  Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü;
14.5 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
14.6 Yalnız ehtiyat futbolçu kimi göstərilən 9 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydana bir daha qayıda bilməz.
14.7 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır.
14.8 Pandemiya dövründə oyun başlamazdan əvvəl komanda tərkibində COVID-19-un simptomları aşkarlanarsa (yüksək hərarət və s.), komandanın oyuna başlaması üçün yetərsay olmazsa bu halda komanda oyuna 2 nəfər azlıqda (7 nəfər) davam edə bilər. Simptom aşkarlanan oyunçuların sayı 2-dən çox olarsa, oyun təxirə salınır.
14.9 Oyun  zamanı zədələnmə və s. kimi hallar baş verərsə,oyunçu dəyişikliyi üçün ehtiyat oyunçu olmazsa  komanda 7 nəfər ilə (2 nəfər azlıqda) oyuna davam edə bilər. 6 nəfər futbolçu ilə oyuna davam edilə bilməz.
14.10 Hər iki komanda eyni vaxtda tuneldə olmamalı, bir-birinin yanında dayanmamalı,oyundan öncə sıra düzülüşünə çıxmamalı, əl sıxmamalı və aidiyyəti komandalara məxsus vimpelləri bir-biri ilə dəyişdirməməlidir.
 
                            15.Oyun protokolunda futbolçu adlarının yer dəyişməsi
 
15.1 Hər iki komanda tərəfindən elektron oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
• Əgər ilk 9-luqda göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 9 ehtiyyat futbolçudan biri ilk 9-luğa daxil edilə bilər. Bu halda oyun ərzində komandanın 9 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
• Əgər oyunun protokolunda göstərilən 9 ehtiyyat futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
          16.Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
 
16.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
16.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
16.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
16.4  Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
                                                   17.Hakimlik və İnspeksiya
 
17.1 AFFA U-13 Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər və Hakim-İnspektorlar Komitəsi AFFA U-13 Liqasının oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir.
17.2 Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
17.3 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində UGYTŞ şöbəsinə təqdim olunmalıdır.
17.4 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
17.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
                                                       18.AFFA intizam qərarları
 
18.1 Bütün qırmızı vərəqələrə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
                                                19.Sarı, qırmızı və yaşıl vərəqələr
 
19.1 Alınan bütün sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
19.2 İntizam Komitəsi tərəfindən qərar çıxarılanadək futbolçu növbəti oyunları buraxmalıdır.
19.3 Oyun zamanı qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
19.4 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
19.5 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
19.6 Liqanın hər hansı mərhələsində alınmış qırmızı vərəqələr öz qüvvəsində qalır.
19.7 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçuların cəzaları qüvvədə qalır.
19.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş hesab olunur.
19.9 Oyunçu oyunda qırmızı vərəqə alıbsa və İntizam Komitəsi növbəti oyuna qədər bu barədə qərar çıxarmayıbsa, həmin oyunçu qərar çıxana qədər oyunları buraxmalıdır.
19.10 AFFA U-13 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR PLAY qaydalarına əməl edən futbolçulara hakimlər tərəfindən "Yaşıl kart" göstəriləcək.
 
                                                                 20.Protestlər
 
20.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri AFFA-
 
nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
20.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
• 9 metrlik cərimə zərbələrinin (penalti) təyin olunması;
• 9 metrlik cərimə zərbələrinin (penalti) təyin olunmaması;
• “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə;
• Topun qapı xəttini keçib-keçməməsi barədə;
20.3 AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
                                                             21.Mükafatlandırma
 
Final mərhələsi
21.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
21.2 Mövsümün sonunda ən çox “Yaşıl kart” alan oyunçu AFFA tərəfindən mükafatlandırılır.
 
                                                             22.Mətbuat
 
22.1 Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
                                      23.Stadion və iştirakçı komandaların təminatı
 
23.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №4 (təsdiq edilmiş sayda);
b) Qapılar 4 ədəd (2m x 5m);
c) Qapı toru;
d) Oyun gödəkçələri (jilet);
e) İcarə haqqı;
23.2 Mövsüm ərzində AFFA tərəfindən əvvəlcədən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Nəqliyyat xərcləri (təsdiq edilmiş məbləğdə)
 
                                    
                             24.Reklam lövhələri və aksiyaları (promotion)
24.1 Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır.

 
Baş Sponsor 
Partnyorlar