az en
News / AFFA tender elan edir

AFFA tender elan edir

AFFA Dərc olundu: 05.02.2019 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası təbii ot örtüyünə malik meydanlarda müvafiq işlərin görülməsi üçün zəruri olan texnika və avadanlıqların alınması barədə tender elan edir.
 
AFFA tender elan edir
Tələb olunan avadanlıqların siyası ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 
Texnika və avadanlıqların siyahısı
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 15 fevral 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar