az en
News / Bolqarıstan - Azərbaycan: Məşqçi fikirləri

Bolqarıstan - Azərbaycan: Məşqçi fikirləri

Avro-2016 Dərc olundu: 14.10.2015 Çap
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Bolqarıstan – Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Bolqarıstan - Azərbaycan: Məşqçi fikirləri
İvaylo Petev (Bolqarıstan millisinin baş məşqçisi): “Bu gün yaxşı oynadıq. Oyuna biz nəzarət edirdik. Bizi dəstəkləyən azsaylı azarkeşlərimizə təşəkkür edirəm. Pley-offa vəsiqə qazanmaq istəyirdik, alınmadı. Buna görə özümü heç də yaxşı hiss etmirəm. Artıq neçənci dəfədir ki, Bolqarıstan millisi final mərhələlərindən kənarda qalır. Bu, azarkeşlərə də təsir edir. Hər şeyə rəğmən milliyə dəstək olan hər kəsə təşəkkür edirəm".
 
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Azərbaycan millisində çalışdığım dövr ərzində ən pis oyunumuzu oynadıq. Rəqib çox istəkli idi. Səhvlərimizi təhlil edib üzərində işləyəcəyik. Bir neçə gün öncə İtaliya millisi ilə çətin oyun keçirmişdik. Bir qədər yorğunluq var idi. İkinci hissənin əvvəllərində üstün oynadıq, ancaq rəqib ikinci qolu vurduqdan sonra komanda həvəsdən düşdü”.
 
Baş Sponsor 
Partnyorlar