az en
News / İcraiyyə Komitəsinin qərarları

İcraiyyə Komitəsinin qərarları

AFFA Dərc olundu: 08.12.2018 Çap
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
İcraiyyə Komitəsinin qərarları
1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və “Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.
İcraiyyə Komitəsi milli komandada fəaliyyətinə görə Qurban Qurbanova təşəkkür etdi.
 
2. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilsin.
 
3. Lisenziya iddiaçısı olan klublar “Maliyyə məlumatları”nda “Xərclər”lə bağlı uşaq futboluna il ərzində çəkilmiş xərci açıqlamalı, digər bütün xərclər isə “Digər xərclər” kimi göstərilməlidir. “Gəlirlər”lə bağlı isə il ərzində müxtəlif mənbələrdən daxil olan vəsaitlər barədə məlumat təqdim olunmalıdır.
 
4. Hakimlər Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:
Hakimlər komitəsinin sədri
Fritz Ştuxlik
 
Üzvlər
Vüsal Əliyev
Ömər Paşayev
Anar Salmanov
Elçin Məmmədov
 
Departament rəhbəri
Cavid Cəlilov
 
Əməkdaşlar
Akif Əmirəli
Ceyhun Haşımov
Əliyar Ağayev
Orxan Məmmədov
Şahin Cəfərov
 
Fitnes məşqçi
Namiq Quliyev
 
5. Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsinin üzvü təyin olunsun.
 
Baş Sponsor 
Partnyorlar