az en
News / Forma dəsti ilə bağlı AFFA tender elan edir

Forma dəsti ilə bağlı AFFA tender elan edir

AFFA Dərc olundu: 06.02.2019 Çap
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda fəaliyyət göstərəcək könüllülər, stüardlar və digər əməkdaşlar üçün müvafiq geyim dəstlərinin alınması ilə bağlı AFFA tender elan edir.
Tələb olunan forma dəsti ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
Forma dəsti ilə bağlı AFFA tender elan edir
Forma dəstinin siyahısı
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 20 fevral 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Qeyd: Eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.
 
 
Baş Sponsor 
Partnyorlar