az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 07.05.2019 Çap
1 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Azərbaycan kubokunun ½ mərhələsinin cavab oyunu  olan “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun 8 №-li futbolçusu Markos Madera aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3). Qarşılaşmanın 75-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62).
 
İntizam Komitəsinin qərarları
5 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVII turunun “Keşlə” – “Zirə” matçında  “Keşlə” klubunun 3 №-li futbolçusu Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
5 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVII turunun “Sumqayıt” – “Sabah” matçında  “Sumqayıt” klubunun 5, “Sabah” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).
5 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVII turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun “Zaqatala” – “Neftçi-2” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+5-ci dəqiqəsində “Zaqatala” klubunun 2 №-li futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
Stadionda radio məlumat olmadığına görə “Zaqatala” klubu 160 manat cərimə olunur (maddə 60).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun “Sabah-2” – “Qarabağ-2” matçı “Qarabağ-2” komandası üzündən 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunur (maddə 53.3).
Oyunun 90-cı dəqiqəsində “Sabah-2” klubunun baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 62).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun “Qaradağ Lökbatan” – MOİK matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun “Zirə-2” – “Sumqayıt-2” matcının 80-cı dəqiqəsində “Zirə-2” klubunun 4 №-li futbolçusu Müşfiq İlyasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
4 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXV turunun “Turan Tovuz” – “Səbail-2” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 16-cı dəqiqəsində “Səbail-2” klubunun 36 №-li futbolçusu Hikmət Verdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə “Turan Tovuz” klubu 80 manat cərimə olunur (maddə 61.4).       
 4 may 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – “Araz” matçının 29-cu dəqiqəsində “Araz” klubunun 11 №-li futbolçusu Xətai Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
3 may 2019-cu il, futzal üzrə Birinci Liqanın “Baku Fire” – “Standard” matçının 20-ci dəqiqəsində “Baku Fire” klubunun 8 №-li futzalçısı Saleh Əzizov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
3 may 2019-cu il, futzal üzrə Birinci Liqanın “Sovetski” – U-19 matçında “Sovetski” komandaı iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Baş Sponsor 
Partnyorlar