az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 12.11.2026 Çap
08.11.2026-cı il tarixində II Liqada X turun “Şəmkir”– “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir” komandasının 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
İntizam Komitəsinin qərarları
08.11.2026-cı il tarixində II Liqada X turun “Şəmkir”– “Ağstafa Gəncləri” oyununda  “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);.
 
09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyununda  təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);
 
09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyunu bitdikdən sonra  meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” komandası 500 manat cərimə edilsin (maddə 86.3);
 
09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyununda  “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);.
 
10.11.2026-cı il tarixində II Liqada X turun “Difai”– “Zəngəzur” oyununda  “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
10.11.2026-cı il tarixində II Liqada X turun “Difai”– “Zəngəzur” oyununun 84-cü dəqiqəsində  “Difai” komandasının məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Difai” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
06.11.2026-cı il tarixində Əvəzedicilər Liqasında IX turun “Neftçi-2”– “Turan Tovuz-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Neftçi-2” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
06.11.2026-cı il tarixində Əvəzedicilər Liqasında IX turun “Neftçi-2”– “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
07.11.2026-cı il tarixində Əvəzedicilər Liqasında IX turun “İmişli-2”– “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
04.11.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Lion PFK – Dinamo (Bakı) FK oyununda Lion PFK komandasının 3 nömrəli futbolçusu Ələddin Səfərov qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 45.1).
 
04.11.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Araz Naxçıvan PFK – Sumqayıt FK oyununda Araz Naxçıvan PFK komandasının  4 nömrəli futbolçusu Kənan Hüseynəliyev qarşılaşmanın 77-ci dəqiqəsində rəqib futbolçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 52.3).
 
04.11.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Araz Naxçıvan PFK – Sumqayıt FK oyununda Sumqayıt FK komandasının  4 nömrəli futbolçusu Ramal Abışov qarşılaşmanın 77-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).
 
04.11.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilmiş Araz Naxçıvan PFK – Sumqayıt FK oyunu başa çatdıqdan sonra Sumqayıt FK komandasının  9 nömrəli futbolçusu Murad Sultanov ev sahibi komandanın stadiondakı əmlakına zərər vurduğu üçün Sumqayıt FK komandası dəymiş zərərin əvəzini ödəsin (maddə 86).
 
10.11.2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilmiş Polad 2024 FC – Səbail PFK oyununda Polad 2024 FC komandasının  7 nömrəli futbolçusu Fərhan Qurbanzadə qarşılaşmanın 78-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 6 (altı) oyuna buraxılmasın (maddə 52.4).
 
08.11.2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilmiş MOİK PFK – Modern FC oyununda MOİK PFK komandasının  2 nömrəli futbolçusu İbrahim Məmmədov qarşılaşmanın 67-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 44.1).
 
08.11.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Odlar Yurdu (Sumqayıt) – World Stars Futbol Akademiyası oyununda Odlar Yurdu (Sumqayıt) komandasının heyətində çıxış edən 21 nömrəli futbolçu Elşad Əsədli qarşılaşmanın 29-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46).
 
08.11.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan Aslan PFK (Zaqatala) – Kürmük (Qax) oyunu Kürmük (Qax) komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığı üçün Kürmük (Qax) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1).
 
07.11.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilmiş Şahdağ Qusar – Şahdağ İK (Quba) oyununda Şahdağ İK (Quba) komandasının məşqçisi Emin Əmiraslanov meydana daxil olaraq hakim qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 51.1).
 
08.11.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan ROFM – FC Bayern Baku oyunu FC Bayern Baku komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün FC Bayern Baku komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1).
 
08.11.2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan Çinar (Göyçay) – Çərəkə (Göyçay) oyunu Çərəkə (Göyçay) komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı və bu hal Çərəkə (Göyçay) komandasının iştirakı ilə üçüncü dəfə təkrarlandığı üçün Çərəkə (Göyçay) komandası AFFA U-11 Liqasından kənarlaşdırılsın, keçirdiyi oyunların nəticələri ləğv edilsin (maddə 79.3, 79.4).
 
07.11.2026-cı il tarixində AFFA U-10 Liqasında keçirilməsi nəzərdə tutulan Şahdağ İK (Quba) – Qusar FC oyunu Qusar FC komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığı üçün Qusar FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1).
 
10.11.2026-cı il tarixində AFFA U-16 Qızlar Liqasında keçirilmiş Ümid (Gəncə) – Kəpəz PFK oyununda Kəpəz PFK komandasının 20 nömrəli oyunçusu Aysu Kərimova təcavüzkar davranışa görə hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1).
 
07.11.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasında keçirilmiş İsmayıllı FK – Mürtülü FK (Kürdəmir) oyununda Mürtülü FK (Kürdəmir) komandası əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğu üçün Mürtülü FK (Kürdəmir) komandasına texniki məğlubiyyət verilsin, hesab olduğu kimi saxlansın (maddə 50).
 
Baş Sponsor