az en
News / UEFA-nın prezidenti Bakıya gələcək

UEFA-nın prezidenti Bakıya gələcək

Avro-2020 Dərc olundu: 22.09.2016 Çap
AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis UEFA AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək. Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.
Xatırladaq ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.
 
UEFA-nın prezidenti Bakıya gələcək
Baş Sponsor 
Partnyorlar