UEFA Çempionlar Liqasında iştirak edən təmsilçimiz “Qarabağ” bu gün üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi (ilk oyun 2:2) ilə görüşəcək.