az en

3x3 Qızlar turniri

Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA, UNICEF Azerbaijan və AccessBankın birgə yeni layihəsi həyata keçirilib. Bayıl stadionunda qızlar arasında 3 yaş qrupu üzrə "3x3 Qızlar turniri" təşkil olunub. Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunub. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxıb. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olub.
 
3 kateqoriya üzrə keçirilmiş turnirdə 50 komanda iştirak edib. Komandaların heyətində meydana 240 qız çıxıb ki, onlardan 61 nəfəri futbola yeni başlayan, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçular olub.
 
Kateqoriyalar üzrə qalibləri diqqətinizə çatdırırıq:
 
Elit kateqoriya (01.01.1997-ci ilədək anadan olanlar):
1. "Qarabağ"; 2. "Əhmədli Yunayted"; 3. "Xəzər"
 
Senior kateqoriya (01.01.1997-ci ildən 01.01.2001-ci ilədək anadan olanlar):
1. UGİM-9; 2. "Fərəh"; 3. "Baku Star"
 
Junior kateqoriya (01.01.2001-ci ildən sonra anadan olanlar):
1. "Mingəçevir-3; 2. "Şəki"; 3. "Mingəçevir-2"
 
Turnir çərçivəsində iştirakçılar arasında penalti zərbələri üzrə yarış keçirilib. Qalibləri diqqətinizə çatdırırıq:
 
Nərmin Əjdərli - "Xəzər", 1993-cü il təvəllüdlü
Könül Allahquliyeva - "Vətən", 2001-ci il təvəllüdlü
Ülviyyə Həşimli - "Qax", 1997-ci il təvəllüdlü
 
 
Baş Sponsor 
Partnyorlar