az en
Bizim prioritetlər / Kütləvi futbol / «Grassroots» proqramı çərçivəsində festival / Cocuq Mərcanlıda “Cəsur ürəklər” adlı festival keçirilib 27-29.03.2018

Cocuq Mərcanlıda “Cəsur ürəklər” adlı festival keçirilib 27-29.03.2018

Layihənin həyata keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində UNİCEF tərəfindən fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunub. Festivalda 200-ə yaxın uşaq və yeniyetmə iştirak edib.
Bundan əlavə, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim ediləcək. Həmçinin, Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunacaq. İnşaat xərclərini AFFA-nın irəli sürdüyü layihəni müsbət dəyərləndirən UEFA Children Foundation ödəyəcək.
Qeyd edək ki, AFFA-nın ötən ilin sonlarında irəli sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.
 
 
 
   
   
   
   

 
   
   
 
Baş Sponsor 
Partnyorlar