az en

«Grassroots» proqramı çərçivəsində festival keçirilib

Xəbər verdiyimiz kimi, bu ilin 19 may tarixini UEFA Kütləvi Futbol Günü elan edib və bununla əlaqədar AFFA tərəfindən tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq, bu gün Şağan Olimpiya İdman Kompleksində AFFA tərəfindən UEFA-nın «Grassroots» proqramı çərçivəsində 8-12 yaşlı 150 uşağın iştirakı iləfestival təşkil olunub. Festivalı AFFA-nın baş katibi Elxan Məmmədov, Çili Futbol Federasiyasının prezidenti Harold Mayne-Nicholls, FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks və 15 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Sissi Rayt izləyib.
 
Baş Sponsor 
Partnyorlar