Layihənin həyata keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Layihə çərçivəsində Ağdam rayon Quzanlı qəsəbəsinin sakinlərinə idman ləvazimatları təqdim edilib. Layihəyə əsasən, UNİCEF tərəfindən cəbhəyanı bölgələrdə uşaqlarda qorxu və həyəcanın azalması ilə bağlı «Xoş əhval-ruhiyyə ilə yaşayıram» adlı treninqlər, futbol turniri, müxtəlif əyləncələr təşkil olunub. Festivalda 120 uşaq və yeniyetmə iştirak edib.