AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku”nun keçirilməsində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçirilir, qaliblər isə respublika finalında öz qüvvələrini sınamaq imkanı qazanırlar.
Turnir həm də dostluq, ədalətli oyun və birgə əməkdaşlıq kimi dəyərlərin aşılanmasına da xidmət edir. “Məktəbli Kuboku”nun təşkili ilə AFFA gənc nəslin futbola marağını artırmaq və gələcəyin futbolçularının formalaşmasına dəstək olmaq məqsədi daşıyır.