az en
Bizim prioritetlər / Məktəbli kuboku / Bərdədə “Məktəbli Kuboku” keçirilir

Bərdədə “Məktəbli Kuboku” keçirilir

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Bərdə üzrə “Məktəbli Kuboku” turniri keçirilir.
Yarışda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla ümumilikdə 106 komanda qüvvəsini sınayır.
Daxili birincilik başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında - Regional finallarda təmsil edəcək.
Qeyd edək ki, “Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçirilir. Qaliblər respublika birinciliyində mübarizə aparacaqlar.
 
Baş Sponsor