AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib. Sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu noyabrın 17-20-də, dördüncü mərhələsi isə dekabrın 15-18-də keçiriləcək.