120 könüllü, bilet yoxlanışı (ticketing), tribunalara nəzarət, tamaşaçıların qarşılanması, istiqamətləndirilməsi və yerləşdirilməsi, Fan Zone və media əməliyyatlarına dəstək göstərmiş, tədbirin ümumi təşkilati prosesində, eyni zamanda, könüllülər mərkəzi bayrağın açılış mərasiminin uğurla həyata keçirilməsinə dəstək verərək açılış proqramının vacib hissəsində fəal iştirak etmişlər. Onlar bütün tədbir boyunca koordinasiyalı və peşəkar şəkildə fəaliyyət göstərərək qonaqların rahatlığının və tədbirin yüksək səviyyədə təşkilinin təmin olunmasına töhfə vermişlər.